Şumaxerin meneceri onu Formula 1-ə qayıtmaq niyyətindən daşındırmağa çalışıb
Mixael Şumaxerin meneceri Villi Ueber bildirib ki, Formula 1 çempionunu karyerasını bərpa etməmək niyyətindən daşındırmağa çalışıb.

Almaniyalı pilot idmandan 2006-cı ildə ayrılıb, lakin 2009-cu ilin sonunda Kral yürüşlərinə qayıtmaq qərarına gəlib və “Mersedes”in pilotu olub.

“GPblog” Ueberin bu sözlərini sitat gətirib: “Mən onu çağırdım və dedim: “Gəl bunu etmə. Uduzacaqsan” O, yeddiqat dünya çempionu idi, özünü təsdiq etməsinə də heç bir lüzum yoxdur. Buna baxmayaraq, o, Formula 1-ə qatılmaq istəyirdi. Düşündüm ki, bu, normaldır. Qoy olsun, lakin mənsiz.

2014-cü ilə qədər müqaviləmiz hələ də əlimizdə idi. Amma mən daha bütün dünyanı gəzib-dolaşmaq istəmirdim. Hesab edirəm ki, hər şeyin öz vaxtı var. Şumaxerlə az qala 20 il ərzində gördüyüm işlər Formula 1-də bizim dövrümüz idi. Keçmişi qaytarmaq olmaz. Biz dost kimi ayrıldıq. Sonra dəfələrlə telefonla danışdıq, yaxud görüşüb qəhvə və ya şam süfrəsi arxasında söhbət etdik”.

Xəbər 822 dəfə oxundu.