Azərbaycan Velosiped İdmanı Federasiyası ilə yekun vurub
Azərbaycan Velosiped İdmanı Federasiyası ilə yekun vurub.

Federasiyanın vitse-prezidenti Sahib Ələkbərov tədbirdə çıxış edərək ilin yekunlarını müsbət qiymətləndirib. O, bu ilin yayında “Bicycle motocross” velosiped idmanı üzrə dünya çempionatının Bakıda keçirilməsini xüsusi vurğulayıb.

Qeyd edək ki, Velosiped İdmanı Federasiyası 2018-ci ildə yarışları yüksək səviyyədə təşkil etdiyinə və keçirdiyinə görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb.

Sonra tədbirdə federasiyanın baş katibi Fərhad Əliyev çıxış edib.

Xəbər 1258 dəfə oxundu.