Böyüklər arasında taekvondo üzrə respublika çempionatının ilk gününün qalibləri müəyyənləşib
Dekabrın 27-də Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən böyüklər arasında taekvondo üzrə respublika çempionatının ilk gününün qalibləri məlum olub.

Qadınlar arasında yarışda Minayə Əkbərova (46 kq), Paniz İsmailpour (49 kq), Leyla Məmmədova (57 kq) və Kübra Əmirzadə (62 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Kişilərin yarışında Bəhruz Quluzadə (54 kq), Cavad Ağayev (63 kq), Elvin Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Ramin Əzizov (87 kq-dan yuxarı) çempion olublar.

Qalib idmançılar Gənclər və İdman Nazirliyinin təsis etdiyi müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə keçirilən çempionatda respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının 2001-ci il və ondan böyük yaş qruplarının idmançıları mübarizə aparır.

Çempionat Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, böyüklər arasında kişilər və qadınlar üzrə yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

Kişi və qadın idmançıların 14 çəki dərəcəsində mübarizə apardığı yarışda 100-dək taekvondoçu iştirak edir.

Yarış dekabrın 28-də yekunlaşacaq.

Xəbər 942 dəfə oxundu.