“Avropa Liqası Muzeyi”ndə Mahir Mədətovun imza günü təşkil olunub
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının Azərbaycan paytaxtında keçirilməsi ilə əlaqədar Bakıda açılan “Avropa Liqası Muzeyi”ndə növbəti imza günü təşkil edilib.

Muzeyin budəfəki qonağı Azərbaycan milli komandasının və “Qarabağ” klubunun hücumçusu Mahir Mədətov olub.

Muzeyin ziyarətçiləri və futbolsevərlər futbolçu ilə fotoşəkillər çəkdirib, onun imzasını alıblar.

“Avropa Liqası Muzeyi” ilə tanış olan M.Mədətov doğma klubunun azarkeşləri ilə də görüşüb.

Qeyd edək ki, Mahir Mədətov Ağdam klubunun heyətində 80 oyunda keçirib və 19 dəfə meydanı qol vuraraq tərk edib. Həmçinin Mahir “Qarabağ” klubunun heyətində Azərbaycan çempionu adını qazanıb.

Xəbər 821 dəfə oxundu.