BOK Rusiya yüngül atletlərinin 24 medalı qaytarmasını gözləyir
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci il və 2012-ci il Olimpiya oyunlarında iştirak edən rusiyalı yüngül atletlərin təkrar dopinq testini keçirib və onların 24 medalı qaytarmasını gözləyir. Hazırda idmançılar daha beş medalı BOK- təhvil verilməsi üçün Rusiya Olimpiya Komitəsinə qaytarıblar.

BOK 2016-cı il Olimpiya oyunları ərəfəsində rusiyalı yüngül atletlərin təkrar dopinqini keçirdikdən sonra onların bir çoxunun yarışlarda iştirakını qadağan edib. İdman Arbitraj Məhkəməsi də bu qərarı təsdiq edib. Bundan sonra BOK Rusiya Olimpiya Komitəsinə müraciət edərək həmin idmançıların medallarının qaytarılması tələbini irəli sürüb. Son tarix kimi dekabrın 24-ü müəyyən olunub. Bu idmançıların siyahısına dopinq qəbul etməyən, lakin estafet və dördlü bobsley kimi yarışlarda qaydaları pozanlarla birlikdə çıxış edən idmançılar da salınıb.

Qərardan 2,5 il keçməsinə baxmayaraq, rusiyalı idmançılardan cəmi beş nəfəri medalları qaytarıb.

AZƏRTAC

Xəbər 712 dəfə oxundu.