“Qızıl əlcək” idman klubunun boks üzrə açıq birinciliyi start götürüb
Bu gün “Təhsil” Respublika İdman Mərkəzi 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin zalında “Qızıl əlcək” idman klubunun boks üzrə açıq birinciliyi start götürüb.

Turnirdə 2005-2006-cı illər təvəllüdlü idmançılar 31 çəki dərəcəsində mübarizə aparırlar.

Yarışlarda Bakı və regionlardan 20 komandanın tərkibində 170-dən çox boksçu medallar uğrunda döyüşür.

Açıq birinciliyə dekabrın 29-da yekun vurulacaq.

Xəbər 760 dəfə oxundu.