Saatlıda uşaqlar arasında futbol turniri təşkil olunub
Uşaq-Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Saatlı Olimpiya İdman Kompleksində 12-13 yaşlı uşaqlardan ibarət komandalar arasında turnir təşkil olunub.

Yarışda Sabirabad, Saatlı, Şirvan, Hacıqabul və İmişlini təmsil edən 6 komanda iştirak edib.

Yarışın qalibi “Saatlı-1” komandası olub. “Şirvan” və “Sabirabad” təmsilçiləri, müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

Xəbər 576 dəfə oxundu.