Rapid üzrə dünya çempionatında şahmatçılarımız ilk xallarını qazanıb | |
Rusiyanın Sankt-Peterburq şəhərində şahmat üzrə rapid yarışlarına start verilib. Kişilər arasında 206, qadınların yarışlarında 124 şahmatçının mübarizə apardığı yarışların ilk günündə 5 turun oyunları keçirilib. Azərbaycanın tanınmış şahmatçısı Şəhriyar Məmmədyarov 5 turun nəticəsinə görə 4 xal toplayıb. O, bu nəticəyə görə turnir cədvəlində 5-ci yerdədir. Qədir Hüseynovun aktivində 3,5, Rauf Məmmədovun isə 3 xalı var. 4-cü turun nəticələrinə görə Gülnar Məmmədova 3, Günay Məmmədzadə 2,5, Zeynəb və Türkan Məmmədyarova bacıları isə hərəyə 2 xal qazanıblar. Turnir cədvəlinin lideri 4,5 xalla iranlı Alireza Firoujadır. Qadınların turnirində isə 4 xalla Çin şahmatçısı Vencun Cu liderlik edir. Yarışlar dekabrın 28-dək keçiriləcək. Kişilərin yarışları 15, qadınların turniri isə 12 turdan ibarətdir. Blits üzrə dünya çempionatı isə dekabrın 29-30-da təşkil ediləcək. |
|
Xəbər 779 dəfə oxundu. |
|
|