Qətərdə iki stadionun tikintisi tezliklə başa çatacaq
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatına üçün hazırlanan “Əl-Beyt” və “Əl-Vakra” stadionlarının tikintisi tezliklə başa çatacaq.

Dünya çempionatı üçün səkkiz stadion tikilib və yenidən qurulacaq. Ötən günlərdə artıq Dohada “Xəlifə” Arena istifadəyə verilib.

Qırx min tamaşaçı tutumuna malik “Əl-Vakra” stadionu ərəb gəmisinə oxşar şəkildə hazırlanıb. “Əl-Beyt” stadionu isə 60 min tamaşaçı üçün nəzərdə tutulub və Ərəb çadırını xatırladır.

Dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Qeyd edək ki, dünya çempionatı üçün inşa edilən bütün stadionlar 2021-ci ildə istifadəyə veriləcək.

Xəbər 803 dəfə oxundu.