Boccia yığmamız açıq İsrail çempionatında uğurla çıxış edib
Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia yığması Təl- Əvivdə açıq İsrail çempionatında iştirak ediblər.

Millimiz çempionata 6 idmançı ilə qatılıb. Yarışda idmançılarımızdan BC-1 kateqoriyasında Mətanət Quliyeva birinci, BC–2 kateqoriyasında Sona Ağayeva ikinci, Orxan Kərimov isə üçüncü yeri tutublar. BC-4 kateqoriyasında Bəhruz Mirzəyev bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xəyal İslamov isə ikinci pillədə qərarlaşıb.

Çempionatın sonunda Azərbaycan və İsrailin BC-1, BC-2 komandaları və BC-4 cütlükləri güclərini sınayıblar. Görüşlər milli komandamız qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında Boccia İdman Federasiyası yaradılıb. Vüqar Əsgərov federasiyaya vitse-prezident, İlham Məhərrəmov isə baş katib vəzifələrinə seçiliblər.

Xəbər 873 dəfə oxundu.