Futbolda zorakılıq hallarına yol verilməməsi üçün təbliğat xarakterli təlimat kitabçaları hazırlanıb
AFFA və UNICEF-in birgə əməkdaşlığı çərçivəsində futbolda zorakılıq hallarına yol verilməməsi üçün təbliğat xarakterli təlimat kitabçaları hazırlanıb.

Kitabçaların nəşrində əsas məqsəd futbolçulara gənc yaşlardan fair-play prinsiplərinin aşılanması, futbolda uşaq-yeniyetmə və gənclər üçün təhlükəsiz ətraf mühitin yaradılmasında məşqçilərə köməklik göstərilməsidir.

Kitabçalar uşaq və gənclər üzrə daxili liqalarda iştirak edən klubların və milli komandaların məşqçilərinə paylanıb.

Xəbər 783 dəfə oxundu.