Stend atıcılığının kompakt-sportinq növü üzrə federasiya kubokunun qalibi müəyyənləşib
Novxanı Sportinq Atıcılıq Mərkəzində kompakt-sportinq üzrə Azərbaycan Atıcılıq Federasiyasının kuboku uğrunda yarışın final mərhələsi keçirilib.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, kompakt-sportinq üzrə baş məşqçi Rasim Rzayev bildirib ki, final yarışında mərhələ turnirlərinin qalibləri mübarizə aparıblar. Finalda 100 hədəfə atəşaçma yarışında ən yüksək nəticə göstərən Rauf Sadıqov kuboka sahib olub.

AZƏRTAC

Xəbər 1501 dəfə oxundu.