Balakəndə “Qızlar futzal kuboku” turniri keçirilib
Balakəndə 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.

Balakən Olimpiya İdman Kompleksində keçirilmiş yarışda rayonun 12 məktəbindən 118 şagird iştirak edib.

Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçirilib. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunub. Tülü 1 nömrəli kənd orta məktəbin komandası turnirin qalibi olub. Meşəşambul kənd tam orta məktəbin komandası ikinci, Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub.

Turnirin ən yaxşı oyunçusu Nəcibə Paçalova (Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin şagirdi) seçilib. İlk üç yeri tutmuş komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim edilib.

AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabılarla təmin olunublar.

Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Qubada və Mingəçevirdə təşkil olunub. Növbəti aylarda layihə çərçivəsində daha 4 turnir keçiriləcək.

Xəbər 893 dəfə oxundu.