“Ferrari” iki il ard-arda “Qızıl Tapir” antimükafatının laureatı olub
Formula 1-in “Ferrari” komandası ard-arda ikinci dəfə İtaliya televiziya kanallarından birinin təsis etdiyi idmanda uğursuzluğa görə “Qızıl Tapir” antimükafatının laureatı olub.

“Ferrari” dünya çempionu titulunu əldən verdiyinə görə bu il də antimükafatı qazanıb.

Mauritsio Arrivabene yenə antimükafatı özü qəbul edib və “Qızıl Tapir” Maranelloya çatdırılıb. Arrivabene “mükafat” təqdim olunarkən bu məsələ ilə bağlı zarafat etməyi də unutmayıb.

O deyib: “Fikirləşirsiniz ki, bizim bolidin motoru “Fiat Punto”dandır? Bizim mühərrik əladır və daim yaxşı işləyib. Nəyi düz, nəyisə səhv etmişiksə, bunlar hamısı “Tapir”i almaq istəyimizdən irəli gəlib. Əslində, biz çempionata pis başlamamışdıq, lakin yekunda zəfər nəğməsini biz deyil, “Mercedes” ifa etdi”.

AZƏRTAC

Xəbər 767 dəfə oxundu.