Rapid və blits üzrə dünya çempionatında iştirakçıların sayı artıb
Dekabrın 25-də Sankt-Peterburqda start götürəcək rapid və blits üzrə dünya çempionatında iştirakçıların sayı artıb.

Dekabrın 30-dək davam edəcək çempionatda kişilər arasında rapid yarışında 200 şahmatçı, o cümlədən 143 qrossmeyster mübarizə aparacaq. Qadınların yarışında 119 nəfər iştirak edəcək ki, onların da 68-i qrossmeysterdir. Blits turnirində isə 202 kişi şahmatçı mübarizəyə qoşulacaq. Onlardan 144-ü qrossmeysterdir. Bu turnirdə 121 qadın şahmatçı (69 qrossmeyster) qalib adı uğrunda yarışacaq.

Çempionatın keçirildiyi günlərdə müxtəlif kütləvi tədbirlər təşkil olunacaq. Dekabrın 26-da dünya çempionatının şərhçiləri tərəfindən seanslar veriləcək, Şahmat Muzeyinin sərgisi və Oleg Pervakovun atelyesinə ekskursiya təşkil ediləcək. Dekabrın 27-də uşaqlar üçün blits turniri və şahmat bəstələrinin həlli müsabiqəsinin, 28-də uşaqlar və veteranlar üçün sürətli şahmat, viktorinaların təşkili nəzərdə tutulub. Dekabrın 29-da sürətli şahmat, 30-da isə blits üzrə açıq turnirlər keçiriləcək.

Xəbər 761 dəfə oxundu.