DİN İdman Cəmiyyətinin boksçuları Saratovda yeddi medal qazanıblar
Saratovda idman veteranı V.Q.Sosnerin xatirəsinə həsr olunmuş kadet, yeniyetmə və gənclər arasında boks üzrə açıq turnir başa çatıb.

Turnirdə ölkəmizi Daxili İşlər Nazirliyi (DİN) İdman Cəmiyyətinin 9 boksçusu təmsil edib.

İdman cəmiyyətinin baş məşqçisi, Əməkdar məşqçi Yadigar Məmmədovun verdiyi məlumata görə, komandamız yarışda 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb. Aslan Sultanov (50 kq), Ehtiram Abdullayev (54 kq), Eldar Babayev (60 kq) və Elmir Novruzov (66 kq) turnirin qalibi adına layiq görülüblər. Eldar Məmmədov (+80 kq) ikinci, Xalid Məmmədov (60 kq) və Umudəli Əzizov (59 kq) isə üçüncü yeri tutublar.

Xəbər 960 dəfə oxundu.