Region Liqası: “Şahdağ” - “Bakı” matçı heç-heçə başa çatıb
Azərbaycan Region Liqasında mübarizə aparan Qusarın “Şahdağ” və “Bakı” komandaları arasında oyun heç-heçə başa çatıb.

Dekabrın 22-də Siyəzən şəhər stadionunda keçirilən qarşılaşma 1-1 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı ikinci hissədə paytaxt təmsilçiləri onbirmetrlik cərimə zərbəsindən sonra açıblar. Amma məğlubiyyətlə barışmayan qusarlılar İqrar Səmədovun qolu ilə hesabı bərabərləşdiriblər.

Başqa qolun qeydə alınmadığı matçda komandalar meydandan bir xalla ayrılıb.

Xəbər 899 dəfə oxundu.