“Sabah” klubu ilk transferini reallaşdırıb
Azərbaycan Premyer Liqasında beşinci yerdə qərarlaşan “Sabah” futbol klubu qış fasiləsində ilk transferini reallaşdırıb.

Cari mövsümdə “Neftçi”nin heyətində yer alan oyunçu Rəşad Eyyubov bundan sonra “Sabah” klubunun uğurları üçün çalışacaq. İyirmi altı yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlanıb. Rəşad komandada 7 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, R.Eyyubov karyerası ərzində “Simurq”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt” və “Neftçi” klublarının formalarını geyinib.


Xəbər 595 dəfə oxundu.