“Keşlə” klubu dörd futbolçu ilə yollarını ayırıb
Bakının “Keşlə” klubu dörd futbolçu ilə yollarını ayırıb.

Azsport.az kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi ilə Ebrima Sohna, Bahodir Nəsimov və Georgios Georgiadis arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Herve Tçami ilə klub arasında müqavilənin müddəti başa çatıb. Futbolçu ilə müqavilə müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

“Keşlə” rəhbərliyi futbolçulara təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbər 764 dəfə oxundu.