“Neftçi” yanvarın 6-da bir araya gələcək
Bakının “Neftçi” futbol klubu Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sumqayıt”la cavab oyunundan sonra istirahətə buraxılıb. Komanda üzvləri gələn il yanvarın 6-da bir araya gələcəklər.

Azsport.az kluba istinadla xəbər verir ki, yanvarın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcəklər.

Yanvarın 13-dən 27-dək Antalyadakı Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq komanda ayın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), beş gün sonra isə “Slovan” (Liberes, Çexiya) klubları ilə yoxlama oyunu keçirəcək. Ayın 26-dakı rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

Xəbər 762 dəfə oxundu.