Azərbaycan Avrasiya Ağır Atletika Assosiasiyasına üzv seçildi
Beynəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi keçirilib. Yığıncaqda bu idman növünü inkişaf etdirmək məqsədi ilə Avrasiya Assosiasiyası yaradılıb. Yeni quruma 14 ölkə daxil edilib ki, bunlardan da biri Azərbaycandır. Konqresdə həmçinin, Avrasiya Assosiasiyasına yeni prezident, vitse-prezident və icraiyyə komitəsinin üzvləri seçilib. Üzvlər arasında Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov və icraçı-direktoru İsgəndər Əsgərova da etimad göstərilib.
Avrasiya Assosiasiyasının ilk yarışının vaxtı da təyin edilib. Belə ki, Rusiyada ənənəvi “Dostluq kuboku” bundan sonra “Prezident kuboku” adlanacaq və orada 14 ölkənin idmançıları qüvvələrini sınayacaqlar.
Yarış dekabrda keçiriləcək.

Xəbər 1652 dəfə oxundu.