Bu gün atçılıq üzrə Prezident kuboku turnirinin yarımfinal görüşləri keçiriləcək
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə keçirilən çövkən milli atüstü oyunu üzrə Prezident kuboku turnirinin dekabrın 22-də yarımfinal mərhələsinə start verilib.

İlk yarımfinal görüşündə meydana “Sərhədçi” və “Polad” komandaları çıxıblar.

Digər görüşdə isə “Omar” və “Buta Golden” komandaları üz-üzə gələcəklər.

Turnirdə üçüncü yer uğrunda görüş və final matçı dekabrın 23-də keçiriləcək.

Xəbər 1223 dəfə oxundu.