2020-ci il Olimpiya Oyunlarında könüllü olmaq üçün 160 mindən çox müraciət daxil olub
2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya və Paraolimpiya oyunlarında könüllü olmaq üçün 160 min müraciət daxil olub. Oyunların mətbuat xidmətindən bildiriblər ki, bu, tələb olunandan iki dəfə çoxdur.

Bu könüllülərin sayı 80 min nəfər olmalıdır. Onlar Olimpiya kəndində, idman obyektlərində və digər yerlərdə işləyəcək.

NHK televiziya kanalının xəbərinə görə, təşkilat komitəsinin əməkdaşları 2019-cu ilin fevralından başlayaraq müraciət edənlərlə fərdi söhbətlər aparacaq və bu söhbətlərin əsasında həmin ilin sentyabrında onlarla bağlı yekun qərar qəbul olunacaq. Bundan sonra yaşları 20-30 il arasında olan və xarici dil bilən könüllülərin təlim prosesi başlayacaq.

Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək. Paraolimpiada isə avqustun 25-dən sentyabrın 6-dək olacaq.

AZƏRTAC

Xəbər 846 dəfə oxundu.