Formula 1 yarışları Böyük Britaniyada iki mərhələdə keçirilə bilər
Formula 1-in idman direktoru Ross Braun təsdiqləyib ki, oyunlar seriyasının sahibi “Liberty Media” hələ də Qran-Prini Böyük Britaniyanın paytaxtı Londonda keçirmək niyyətindədir. Lakin bu hadisə şəhərin mərkəz küçələrində deyil, yəqin ki, başqa rayonunda keçiriləcək.

R.Braun deyib: “Formula 1-də Qran-Pri yarışları ən azı 1 həftə davam etdiyindən, Londonun mərkəzində yaranacaq əngəllər qəbuledilməzdir. Məncə, londonlular bizim şəhərin mərkəzini bir həftəlik “ələ keçirməyimizə” görə narahat olmaya bilərlər. Biz mərkəzdən uzaq yerləri öyrənirik, yəni Londonun mərkəzində deyil, Böyük Londonda”.

Silverstounun Formula 1 ilə hələ yeni müqavilə bağlamamasına baxmayaraq, Braun hesab edir ki, Kral yürüşləri Böyük Britaniyada iki mərhələdə keçirilə bilər.

“Motorsport Week” Ross Braundan sitat gətirir: “London idmanda böyük tarixə malik şəhərdir. Biz böyük ruh yüksəkliyinə malikik. Londonun Silverstounu əvəz etməsini deyil, tamamlamasını istəyərdik. Biz hər iki mərhələnin keçirilməsi üçün vasitələr tapa bilərik”.

Xəbər 780 dəfə oxundu.