Foqts “Neftçi” - “İnter” matçını izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakıya qayıdıb. İdman.com.az saytının məlumatınva görə, bir müddətdir vətəni Almaniyada olan çalışdırıcı bu gün keçiriləcək Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsinin cavab oyunlarından birini izləyəcək. Foqts Bakıda “Neftçi” və “İnter” arasında paytaxt derbisini stadiondan seyr edəcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 17:20-də başlayacaq.

Xəbər 995 dəfə oxundu.