Voleybol üzrə Azərbaycan çempionatının yeni mövsümü dekabrın 22-də start götürəcək
Voleybol üzrə Azərbaycan çempionatının 2018-2019-cu il mövsümü dekabrın 22-də start götürəcək.

Super Liqada 4 qadın (“Azərreyl”, “Lokomotiv”, “Abşeron”, AVF), Yüksək Liqada isə 4 kişi (“Lokomotiv”, U-19, MOİK, “Neftçi”) komanda birincilik uğrunda mübarizə aparacaq.

Azərbaycan Voleybol Mərkəzində keçiriləcək yarışda ilk olaraq meydançaya “Neftçi” və U-19 komandaları çıxacaqlar. Daha sonra isə “Azərreyl”–“Lokomotiv” görüşü keçiriləcək.

Çempionatda növbəti turun oyunları yanvarda təşkil olunacaq. Hər iki çempionatın qalibi 4 dövrədə keçirdiyi oyunların nəticəsinə görə, müəyyən olunacaq.

AZƏRTAC

Xəbər 882 dəfə oxundu.