Turan Bayramov: Yeniyetmələr arasında qazandığım nailiyyətləri böyüklərin yarışlarında təkrarlamaq istəyirəm
Etiraf edim ki, final qarşılaşması ərəfəsində çox həyəcanlı idim. Düşünürdüm ki, yaşım azdır, yalnız yeniyetmələr arasında yarışlarda nailiyyətlər qazanmışam. Rəqibim isə 23 yaşlılar arasında dünya çempionatının gümüş medalçısı idi. Onun təcrübəli olması məni daha ehtiyatlı olmağa vadar edirdi. Qarşılaşma çox gərgin keçdi, amma mən 2:1 hesabı ilə qalib gəlməyi bacardım.

Bu sözləri sərbəst güləş üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatının qalibi Turan Bayramov müsahibəsində deyib. “Şübhəsiz, çempionluq məni arxayınlaşdırmır. Yeniyetmələr arasında Avropa, dünya çempionatlarının, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibi olmuşam. Arzum yeniyetmələr arasında qazandığım nailiyyətləri böyüklərin yarışlarında təkrarlamaqdır”, - deyə qalib idmançı əlavə edib.

AZƏRTAC

Xəbər 731 dəfə oxundu.