Güləş üzrə ölkə çempionu: Rəqibimin əzmkarlığına baxmayaraq, qızıl medalı əldən vermədim
Hərbçilər arasında iki dəfə dünya çempionu, bir sıra beynəlxalq turnirlərin mükafatçısıyam. Güləş üzrə ölkə çempionatı həmişə olduğu kimi, bu dəfə də gərgin idman mübarizəsi şəraitində keçdi. Rəqabətin səviyyəsi yüksək olduğu üçün yarışlara ciddi hazırlaşmışdım. Final qarşılaşmasının gərgin keçəcəyini bilirdim. Rəqibim böyük əzmkarlıq göstərsə də, qızıl medalı əldən vermədim.

Bu sözləri müsahibəsində sərbəst güləş üzrə Azərbaycan çempionatında 70 kiloqram çəki dərəcəsində çempion olan Ağahüseyn Mustafayev deyib.

O, bildirib: “İdmançı son ana qədər mübarizə aparmalı, ruhdan düşməməlidir. Qalib gələcəyimə inanırdım və özümü buna hazırlamışdım. Qarşıda bizi məsul yarışlar gözləyir. 2019-cu il ciddi sınaq illərindən biridir. İkinci Avropa Oyunları, Avropa və dünya çempionatları, “Tokio-2020”yə lisenziya verən yarışlara yüksək səviyyədə hazırlaşmalıyıq. Bizə bəslənilən ümidləri doğrultmaq üçün bundan sonra da üzərimizdə səylə çalışacağıq”.

AZƏRTAC

Xəbər 843 dəfə oxundu.