Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Priyə hazırlıq məsələləri müzakirə edilib
Gələn il mayın 10-dan 15-dək Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışı keçiriləcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən bildiriblər ki, Qran-Prinin keçirilməsi ilə əlaqədar Komitənin prezidenti İlqar Rəhimovun əmri ilə yaradılan təşkilat komitəsinin dekabrın 20-də ilk iclası olub. İclasda yarışın hazırlanıb keçirilməsi ilə əlaqədar tədbirlər planı və Qran-Prinin loqotipi təsdiqlənib. Həmçinin yarışın “Ruhun zəfəri” şüarı altında keçirilməsi qərara alınıb.

Xəbər 801 dəfə oxundu.