Güləş üzrə Azərbaycan çempionu: Ən böyük arzum Olimpiya Oyunlarının qalibi olmaqdır
Azərbaycan çempionatındakı rəqiblərim çox güclü idi. Buna baxmayaraq, çempion olmağı bacardım.

Bu sözləri Azərbaycan çempionatında yunan-Roma güləşçilərinin mübarizəsində 55 kiloqram çəki dərəcəsində qalib gələn Ziya Zeynalov deyib.

İdmanın bu növü ilə on bir ildir məşğul olduğunu vurğulayan ölkə çempionu qeyd edib: “Ən çətin döyüşüm turnirdəki final qarşılaşması idi. Görüş çox gərgin oldu. Əsas məqsədim qızıl medal qazanmaq idi. Var gücümlə hücuma atıldım və istəyimə nail olum. Ən böyük arzum Olimpiya Oyunlarının qalibi olmaqdır. Üzərimdə əzmlə çalışıb, məşqçilərimin tapşırıqlarını yerinə yetirməklə bu istəyimə də nail olacağıma inanıram”.

Xəbər 824 dəfə oxundu.