Millimiz böyük hesablı qələbə qazanıb | |
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı çərçivəsində dekabrın 19-da sonuncu yoxlama oyununu keçirib. Region Liqasında çıxış edən “Tufan”la qarşılaşma U-19-un 8:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində Musa Qurbanlı het-trik edib. Vəli Məmmədov və Tural Bayramlının hərəyə 2 qol vurduğu oyunda Rüfət Abdullazadə də fərqlənib. Yığma bununla da təlim-məşq toplanışını başa vurub. |
|
Xəbər 923 dəfə oxundu. |
|
|