“Ay-ulduzlular”ımızın səfər proqramı açıqlanıb | |
Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşləri üçün səfər proqramı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Departamentinin rəisi Mikayıl Nərimanoğlu apasport.az-a verdiyi açıqlamada deyib. O, millimizin növbəti yoxlama matçını keçirəcəyi Yaponiyaya mayın 20-də yollanacağını bildirib: “Millimiz həmin gün Bakıda bir araya gələrək, Yaponiyaya səfər edəcək. Bildiyiniz kimi, bu ölkənin yığması ilə yoldaşlıq görüşümüz mayın 23-də olacaq. Yığmamız matça hazırlığı orada keçirəcək”. Məlum olduğu kimi, milli komandamız Yaponiyadan sonra almaniyalı baş məşqçisi Berti Foqtsun vətəninə yollanaraq, təlim-məşq toplanışı keçəcək. Bunun sonunda – mayın 30-da Andorra yığması ilə yoldaşlıq görüşü nəzərdə tutulub. Nərimanoğlu yığmamızın Yaponiyadan birbaşa Almaniyaya, hazırlığın, oyunun keçiriləcəyi Frankfurt şəhərinə yollanacağını söyləyib. Bu səfər proqramında son dayanacaq isə Minskdir ki, millimiz iyunun 5-də orada Belarus yığması ilə yoldaşlıq görüşünə çıxacaq. Yığmamızın Almaniyadan birbaşa Belarusa yollanacağı gözlənilir ki, Departament rəisi məsələyə yaxın günlərdə tam aydınlıq gələcəyini deyib. |
|
Xəbər 1003 dəfə oxundu. |
|
|