Basketbol üzrə Bakı zona yarışına start verilib
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində 2001-2003-cü il təvəllüdlü oğlan məktəblilər arasında basketbol üzrə Bakı zona yarışına start verilib.

Azsport.az BŞGİBİ-nin saytına istinadla xəbər verir ki, yarışda paytaxtın 12 rayonunun, həmçinin Şuşa və Zəngilanın qalib komandaları iştirak edirlər.

Yarışın yekun nəticəsinə əsasən, ilk iki yerin sahibi olacaq komanda respublika final mərhələsinə vəsiqə qazanacaq.

Yarışın yarımfinal və final qarşılaşmaları dekabrın 19-da keçiriləcək.

Xəbər 795 dəfə oxundu.