“Hərdən qalib gələrsən, hərdən yox”
“Biz uğursuzluğa düçar olduq. Sözsüz ki, elə şeylər var ki, indi mən düzəldərdim, ancaq finala çıxmadıq. “Çelsi”yə təbriklərimi göndərirəm”. İdman.com.az saytının məlumatına görə, bu fikirləri “Barselona”nın baş məşqçisi Xosep Qvardiola deyib. Çempionlar Liqasının cavab yarımfinal oyununda evdə “Çelsi”yə 2:2 hesablı bərabərliyə qalan ispanlar finala çıxa bilmədi.

Ötən il elə Qvardiolanın rəhbərliyi altında turnirin qalibi olan “Barsa”nın titulunu qoruya bilməməyi Avropada böyük müzakirəyə səbəb oldu. Baş məşqçi uğursuzluğa görə futbolçularını günahlandırmır:

“Biz həm indi, həm də səfərdə çoxlu qol imkanlarını buraxdıq. Əgər futbolçularımız 180 dəqiqədə bu qədər çox qol imkanları yaratdısa, mən onları necə qınaya bilərəm. Sadəcə, bu il bizim ilimiz deyil. “Barselona” növbəti mövsümdə yenə Çempionlar Liqasında çıxış edəcək. Son 4 ildə bu turnirdə mütəmadi yaxşı oyun göstərdik. Hərdən qalib gələrsən, hərdən yox. İdmanın ləzzəti də elə budur”.

Qeyd edək ki, “Barselona” ötən şənbə evdə “Real”a uduzmaqla, çempionluq titulunu da qoruya bilmədi.

Xəbər 1071 dəfə oxundu.