Millimizin üzvləri Qətərə yollanır
19-23 dekabr tarixlərində Qətərin paytaxtı Dohada ağır atletika üzrə “5-ci Beynəlxalq Qətər Kuboku” keçiriləcək. Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək.

Yarışda baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında iki qadın atletimiz körpücük üzərinə çıxacaq. Bunlar Səbinə Əzimova və Boyanka Kostovadır.

Xəbər 939 dəfə oxundu.