Boccia idman növü üzrə milli komandamız İsrailə yollanıb
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) boccia idman növü üzrə milli komandası İsrailə yollanıb.

İdmançılarımız Təl-Əvivdə keçiriləcək açıq İsrail çempionatında iştirak edəcəklər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında Boccia Federasiyası yaradılıb. Vüqar Əsgərov federasiyaya vitse-prezident, İlham Məhərrəmov isə baş katib vəzifələrinə seçiliblər.


Xəbər 791 dəfə oxundu.