Güləş hakimləri və məşqçiləri üçün seminar keçirilib

Dekabrın 18-20-də Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək. Bununla əlaqədar dekabrın 17-də Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxslərinin iştirakı ilə əvvəlcə hakimlər, daha sonra isə məşqçilər üçün seminar keçirilib.

Tədbirdə AGF-nin baş katibi Orxan Məmmədov, yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, I-S dərəcəli hakimimiz Hicran Şərifov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yunan-Roma güləşi üzrə kuratoru Tofiq Eyvazov və yunan-Roma güləşi üzrə yığmamızın baş məşqçisi Şaban Donat iştirak ediblər.

Seminarda hakimlərdən çəkiölçmə zamanı maksimum diqqətli, yarışda isə ədalətli olmaq tələb olunub.

Hakim və məşqçilərin davranış qaydaları ilə bağlı təlimatlar verilib, nizam-intizama riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin məşqçilərə dopinq məsələsinə ciddi yanaşmaları bildirilib.

Xəbər 776 dəfə oxundu.