Milli Gimnastika Arenası cari ilin sonuncu gimnastika yarışına ev sahibliyi edib
Milli Gimnastika Arenasının köməkçi zalında 2018-ci ilin sonuncu gimnastika yarışı keçirilib.

Batut və aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi və paytaxt çempionatında Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu, həmçinin Sumqayıt və Göyçay təmsilçiləri iştirak ediblər.

Batut üzrə açıq elan olunan turnirdə yerli idmançılarla yanaşı, Gürcüstan gimnastları da çıxış edərək mükafatçılar sırasında yer alıblar.

Azərbaycan Gimnastika Federasiyası yarışlar mövsümünü bağlı elan etsə də, dekabrın 23-də arena yenidən gimnastika ilə coşacaq. Xatırladaq ki, bu tarixdə gimnastika növləri üzrə milli komandaların idmançı və məşqçi heyəti “Ağbəniz və 7 cırtdan” adlı yeni il şousu ilə tamaşaçıların görüşünə gələcək.

Xəbər 761 dəfə oxundu.