Tokio Yay Olimpiya Oyunlarının məşəli dəniz sahilində alovlandırılacaq
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq.

Azsport.az saytı xəbər verir ki, olimpiya məşəlinin 2020-ci ildə keçiriləcək oyunlar zamanı dəniz sahilində quraşdırılması nəzərdə tutulub. Məşəl Ariake rayonunun Tokio körfəzində yerləşən Odaiba süni adası ilə birləşdirən "Yuma no Ohashi" (“Yuxuların böyük körpüsü”) yaxınlığında yerləşdiriləcək.

Qeyd edək ki, martın 11-də keçiriləcək mərasim Yaponiyanın şimal-şərqində 2011-ci il martın 11-də baş vermiş zəlzələ və sunaminin 9-cu ildönümünə həsr olunacaq. Bu fəlakət nəticəsində 19 minə yaxın insan həyatını itirib.

Yunanıstanda alovlandırılacaq məşəl Yaponiyaya aparılacaq və burada 2011-ci il faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq. Olimpiya məşəli estafetinin Yaponiyaya mərhələsi Fukuşimada başlayacaq və alov bütün ölkə üzrə 121 gün ərzində səyahət edəcək.


Xəbər 1156 dəfə oxundu.