BOK İdmançılar Komissiyasının böyük beynəlxalq forumu keçiriləcək
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İdmançılar Komissiyası tarixdə ən böyük tərkibdə toplaşmaq niyyətindədir.

Azsport.az saytı xəbər verir ki, bu tədbir 2019-cu il aprelin 13-dən 15-dək Lozannada idmançıların beynəlxalq forumunda keçiriləcək.

Bu beynəlxalq foruma ilk dəfə olaraq bütün 206 milli olimpiya komitəsini təmsil edən atletlər dəvət olunacaq və iştirakçıların sayı 350 nəfərə çatacaq. Beləliklə, qarşıda ən böyük forum gözlənilir. Dəvət edilənlərin siyahısında: yay və qış olimpiya idman növləri üzrə bütün beynəlxalq federasiyaların idmançılar komissiyalarının, Milli Olimpiya Komitələri Assosiasiyasının, milli olimpiya komitələrinin qitə assosiasiyalarının, Olimpiya Oyunlarının Təşkilat Komitələrinin, Ümumdünya Antidopinq Agentliyinin, Beynəlxalq Paralimpiya Komitəsinin və Ümumdünya Olimpiyaçılar Assosiasiyasının nümayəndələri var.

Qeyd edək ki, BOK İdmançılar Komissiyasının strategiyası atletlərin direktiv orqanlarda daha çox təmsil olunması, olimpiya hərəkatının ən yüksək səviyyədə bütün əlaqədar qurumlar tərəfindən idmançıların fikrinin eşidilməsi, həmçinin idmançılar komissiyalarının imkanlarının genişləndirilməsi səylərinə əsaslanır.


Xəbər 899 dəfə oxundu.