Sankt-Peterburqda şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək
Dekabrın 25-dən 31-dək Sankt-Peterburqda şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək.

Dünyanın ən güclü şahmatçıların qatılacağı yarış, son illərdə olduğu kimi, yenidən Səudiyyə Ərəbistanının məhrum kralı Kral Salmanın adını daşıyacaq. Buna səbəb isə FIDE-nin əvvəlki rəhbərliyinin Səudiyyə Ərəbistanı ilə imzaladığı müqavilənin hələ də qüvvədə qalmasıdır. Məhz buna görə, dünya birinciliyinin Rusiyada keçirilməsnə baxmayaraq, yarış “King Salman World Cup” adlanacaq. Yarışın maliyyə tərəfi Səudiyyə Ərəbistanı tərəfindən qarşılanacaq.

Dünya birinciliyi Sankt-Peterburqun mərkəzi sərgi salonu olan “Manej”də keçiriləcək.

Xəbər 712 dəfə oxundu.