Kikboksinq üzrə açıq Bakı çempionatı keçiriləcək
Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kikboksinq üzrə açıq Bakı çempionatı keçiriləcək.

Boks Mərkəzində təşkil edilən yarışda respublikanın şəhər və rayonları ilə yanaşı, İran, Qazaxıstan, Pakistan və digər xarici ölkələrin idmançılarının iştirakı da planlaşdırılır.

Çempionatın açılış mərasimi dekabrın 24-də olacaq.

Dekabrın 26-da qala-gecəsi və finallar keçiriləcək.

Xəbər 1305 dəfə oxundu.