Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası “Tələbə kuboku”nun qalibi olub
Nərimanov rayonundakı 178 nömrəli tam orta məktəbin meydançasında rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Tələbə kuboku” mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı keçirilən turnirin məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaqdır.

Turnirdə 12 komanda birincilik uğrunda mübarizə aparıb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası yarışın qalibi olub. Azərbaycan Kooperasiya Universiteti yarışı ikinci, Qərb Universitetinin komandası isə üçüncü pillədə başa vurublar.

Mükafatçılara təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, kubok və medallar təqdim olunub.

Xəbər 857 dəfə oxundu.