Ramin Musayev: “Budəfəki final fərqli olacaq”
Azərbaycan kubokunda cari mövsümün final oyununa xüsusi hazırlıq gedir. İdman.com.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev apasport.az-a açıqlamasında bildirib. O deyim ki, mayın 17-də Mərdəkan qəsəbəsində “Dalğa Arena”da keçiriləcək həlledici matçın təşkilatçılığın möhtəşəm olacaq:

“Azərbaycan kubokunun final oyunu çox gözəl təşkil olunacaq. Budəfəki final hamısından fərqli olacaq. Sürprizlər gözlənilir. Kubokun finalı ilə çox gözəl ssenari hazırlanıb. Ancaq hələ açıqlamaq istəmirik. Təşkilatçıqlıla bağlı sponsorluğun hamısını Peşəkar Futbol Liqasının özü edəcək”.

Qeyd edək ki, yubiley – XX Azərbaycan kubokunun finalçıları sabah cavab yarımfinal oyunlarında müəyyənləşəcək.

Xəbər 1125 dəfə oxundu.