Cüdo üzrə açıq Bakı birinciliyinə yekun vurulub
“Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında cüdo üzrə açıq Bakı birinciliyi keçirilib.

Üç gün davam edən yarışda oğlan və qızlar 9 çəki dərəcəsində mübarizə aparıblar.

Xumar Qasımzadə (36 kq), Nəzakət Hüseynova (40 kq), Lətifə Abbasova (44 kq), Fatimə Məmmədli (48 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq), Səma Əliyeva (63 kq), Ləman Hüseynova (70 kq), Nərmin Əmirli (70 kq-dan yuxarı) birinci yeri tutublar.

Oğlanların mübarizəsində isə Nihad Xəlilov (46 kq), Sadiq Cəlalov (50 kq), Yunus Yunusov (55 kq), Turan Bayramov (60 kq), Nahid İsmayılov (66 kq), Elcan Hacıyev ( 73 kq), Adil Adilzadə (81 kq), Ruslan Nəsirli (90 kq) və Məhəmməd Məmmədov (90 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

Daha sonra ölkə cüdosunun inkişafında xidmətləri olan Əməkdar Məşqçi Zaur Rəcəbliyə 50 illik yubileyi münasibəti ilə federasiyanın xüsusi hədiyyəsi verilib.

Birincilikdə 56 klubdan 562 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.

Xəbər 945 dəfə oxundu.