“Sabah”ın qış hazırlıq planı bəlli olub | |
“Sabah”ın qış fasiləsindəki hazırlıq planı bəlli olub. Komanda mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq. Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalya şəhərinin Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq Topaz Premyer Liqasının debütantı orda olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Rəqiblər hələlik bəlli deyil. |
|
Xəbər 864 dəfə oxundu. |
|
|