Respublika Paralimpiya İdman Kompleksində cüdo üzrə ustad dərsləri təşkil olunub
Dekabrın 14-də Sumqayıtdakı Respublika Paralimpiya İdman Kompleksində “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə cüdo üzrə ustad dərsləri keçirilib.

Milli Paralimpiya Komitəsinin kişi cüdoçulardan ibarət milli komandasının baş məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi İbrahim İbrahimov və qadınlardan ibarət yığmanın baş məşqçisi, Paralimpiya çempionu Ramin İbrahimov idmançıları yarışların yeni qaydaları ilə tanış ediblər.

Tədbirə Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov, vitse-prezidentlər İlham Zəkiyev, Yaşar Hacıyev, baş katib Kamal Məmmədov, komitənin mütəxəssisləri və ictimaiyyət nümayəndələri qatılıblar.

Xəbər 908 dəfə oxundu.