Flavinyunun sarı vərəqəni ləğv olunub
AFFA “Neftçi”nin braziliyalı futbolçusu Flavinyunun Unibank Premyer Liqanın ötən turunda “Xəzər Lənkəran”la səfər oyununda aldığı sarı vərəqəni ləğv edib. İdman.com.az saytının məlumatına görə, bununla bağlı qurumun İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.

Flavinyuya matçın 73-cü dəqiqəsində simulyasiyaya görə sarı vərəqə göstərilib. Lakin matçın video yazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı və hakimin qərarının yanlış olduğu aşkar edilmişdir. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv edilir. Qərara alınıb ki, matçın hakimlərinin idarəçiliyini Hakimlər Komitəsi dəyərləndirdikdən sonra bu haqda İntizam Komitəsinə məlumat versin. Oyunu Elçin Məmmədovun başçılıq etdiyi hakimlər briqadası idarə edib.

“Xəzər Lənkəran”ın azarkeşləri oyunun 76-cı dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur.

Xəbər 1179 dəfə oxundu.