Mik Şumaxer “Ferrari”ni seçib
Formula 1 dünya çempionatının yeddiqat qalibi Mixael Şumaxerin oğlu Mik “Ferrari”nin gənclər akademiyası ilə kontrakt imzalaya bilər.

“Mersedes”lə “Ferrari” arasında seçim etməli olan gənc Şumaxer sonda Maranellonu seçib. Yaxın vaxtlarda onun müvafiq kontrakta imza atacağı gözlənilir.

Xatırladaq ki, 2018-ci il mövsümündə Şumaxer Avropa Formula 3 yarışlarında titul qazanıb. O, ümumilikdə Formula 3 yarışlarında səkkiz qələbə əldə edib və altı dəfə podiuma qalxıb. Şumaxer gələn mövsümü “Prema” komandasının heyətində Formula 2 yarışlarında keçirəcək. Ondan əvvəl bu komandada “Ferrari”nin debütantı Şarl Lekler çıxış edib.

Xəbər 964 dəfə oxundu.