“Ferrari” fevralın 15-də yeni bolid təqdim edəcək
“Ferrari”nin başçısı Mauritsiu Arrivabene elan edib ki, Skuderiyanın 20-19-cu ilin Formula 1 çempionatı üçün bolidi gələn il fevralın 15-də, yəni Barselonada mövsümqabağı testlərə üç gün qalmış təqdim ediləcək.

Arrivabene deyib: “Texniki direktor Mattia Binottonun başçılıq etdiyi qrup bir neçə aydır ki, gələn il üçün bolid üzərində çalışır. Artıq mühərriklər sınaqdan keçirilir, avtomobilin digər hissələri istehsalatdadır. Çıxışlar üçün dəstləşdirmə məmulatı son anda hazır olacaq, hərçənd gərginlik də artır, çünki vaxt sürətlə uçur. Bolidi fevralın 15-də təqdim edəcəyik. Həmin günə qədər hər şey hazır olmalıdır. Əlbəttə, bu barədə qabaqcadan danışmaq tezdir. Hazırda simulyasiyalar keçirilir. Lakin əsl göstərici yalnız tras ola bilər”.

Xəbər 818 dəfə oxundu.